Ağcabədi rayonunda zəlzələ baş verib.
Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 24 km olan zəlzələ hiss edilməyib.