Azərbaycanda zəlzələ

Bu gün Şəkidən 24 km şimal-qərbdə, Şəki rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 10:12-da qeydə alınan zəlzələ hiss olunmayıb.

18 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 olub.

COP29