Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatlara əsasən, yerli vaxtla 20:40:43-də Zaqataladan 20 km şimal-qərbdə, Balakəndə zəlzələ qeyd olunub.
Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxin yaşayiş məntəqələrində isə 3 bala qədər hiss olunub.