Azərbaycanda zəlzələ oldu

Aprelin 25-də yerli vaxtla saat 18:24-də Əli-Bayramlı stansiyasından 29 km cənubda Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Yenicag.az-a bildiriblər ki, zəlzələ 3,6 maqnituda gücündə baş verib.

Zəlzələ hiss olunmayıb.