Azərbaycanda zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. 

Yenicag.az xəbər verir ki, bununla bağlı Respublika Seysmologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:09-da Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3,1 bal olan zəlzələnin ocağı 62 kilometr dərinlikdə olub.