Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub.