Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Yenicag.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.