Azərbaycanda zəlzələ oldu

Sentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

COP29