Azərbaycanda zəvvarları daşıyan avtobus qəzaya düşdü – FOTO

Zəvvarları daşıyan avtobus qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

“Hyundai-Tucson” markalı avtomobilin zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılması nəticəsində 2 qadın xəsarət alıb.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.