Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross twitter hesabında bildirib.
“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, – səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.
Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.
Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.