!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandakı SMA xəstələrinin müalicəsini dövlətin qarşılaması təklif edilir

!Reklam – Yazi

Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı SMA xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib.

Yenicag.az xəbər verir ki, o, rəsmi statistikaya görə ölkədə bu xəstəlikdən əziyyət çəkən 28 uşağın mövcud olduğunu söyləyib.

Deputat bildirib ki, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaradır: “Artıq həmin xəstəliyin ineksiya yolla müalicəsi mümkündür. Bir ineksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.

Qeyd edək ki, SMA sinir-əzələ xəstəliyi olub, genetikdir. Bu xəstəlikdə onurğa beyinin ön buynuzları zədələndiyi üçün sinir implusları əzələlərə ötürülmür beləliklədə əzələlərin tonusu itir, hipotoniya (süstlük) yaranır, əzələlərdə atrofiya müşahidə olunur. Xəstəlik zamanı uşağın yerimə, yemək yemə və nəfəs alma funksiyası da zərər görür. Bu xəstəliyə tutulan körpələr uzunmüddət yaşaya bilmədiyindən, SMA onlar bir nömrəli genetik ölüm səbəbi sayılır. SMA əlamətləri/simptomları xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstəlik körpəlikdən 20 yaşına qədər istənilən vaxt başlaya bilər.

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv