Azərbaycandakı Türkiyə vətəndaşları da səsvermədə iştirak edəcək

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident və parlament seçkilərində iştirak edəcəklər.

Yenicag.az xəbər verir ki, Türkiyə hüdudlarından kənarda yaşayan vətəndaşlar da 24 iyun tarixində baş tutacaq prezident və 27-ci parlament seçkilərində öz siyasi iradələrini ifadə edə biləcəklər. Belə ki, Azərbaycanda yaşayan Türkiyə Cümhuriyyəti vətəndaşları 17 iyunda səsvermə prosesində iştirak edəcəklər. Onlar Türkiyənin Bakıdakı səfirliyinə, eləcə də Gəncə və Naxçıvan konsulluqlarına baş çəkərək səs verəcəklər.

Türkiyənin Azərbaycandakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə, səfirliyin binasında baş tutacaq səsvermə prosesi 10:15-dən 10:30-a qədər media nümayəndələrinin üzünə açıq olacaq. Səsverməni izləmək istəyən media mənsubları 14 iyun saat 18:00-a qədər səfirliyə müraciət edərək özlərini təqdim etməlidir. Bunun üçün (012) 441-39-26 nömrəsinə zəng etmək və ya [email protected] elektron poçtuna yazaraq qeydiyyatdan keçmək lazımdır.

COP29