!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Gürcüstan məhsullarına qadağa

!Reklam – Yazi

1403458982_jiv-vo_1 (1)Sabahdan Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayıldmasıdır. Artıq bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində məlumat var, sabah da Ümumdünya Heyvanların Sağlamlığı Mühafizə Təşkilatından rəsmi məlumat daxil olacaq.

Bununla əlaqədar sabah kənd təsərrüfatı nazirinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv