!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda qrip virusu aşkarlandı

!Reklam – Yazi

Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur.

Yenicag.az xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.

Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.

Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar./Report/

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv