!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 13%-dən çox artıb

!Reklam – Yazi

Ötən ay Gürcüstana 1 099 474 əcnəbi ziyarətçi səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən xarici vətəndaşların sayı 5,8% artıb. İyul ayında Gürcüstana turist səfəri edənlərin sayı 570 482 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 505 nəfər və ya 1% çoxdur. Hesabat ayında qonşu ölkə ən çox ziyarətçini Azərbaycan, Rusiya, Türkiyə və Ermənistandan qəbul edib.

Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 13,1% artım qeydə alınıb. Rusiyadan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı isə 6,4% azalıb. Türkiyə və Ermənistandan Gürcüstana gedənlərin sayı isə müvafiq olalaq, 9,6% və 3,2% artıb./Report/

www.yenicag.az

3735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv