Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artdı

Ötən ay Azərbaycandan Gürcüstana 119 540 nəfər səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 8 585 nəfər və ya 7,7% artıb.

Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 120 978 nəfərlə Ermənistan, üçüncü yerdə isə 118 252 nəfərlə Rusiya qərarlaşıb.

Oktyabr ayında qonşu ölkə, ümumilikdə, 665 055 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur./Report/