!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Həcc ziyarəti səfəri ləğv olundu

!Reklam – Yazi

Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub.

Bu barədə Yenicag.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, növbəti qrupun səfəri fevralın 4-də başlayacaq: “40-50 nəfərlik həmin qrup fevralın 13-də Azərbaycana qayıdacaq”.

Digər qrupun səfəri mart ayı üçün planlaşdırılır.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb.

Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşır.

www.yenicag.az

2540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv