Azərbaycandan I yarımildə 5 milyard dollardan çox kapital çıxarıldı

Bu ilin I yarısında Azərbaycandan kapital axını 5 298,1 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 dəfə çoxdur.