Azərbaycandan İrana uçuşlar dayandırılıb? – AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib.

Yenicag.az xəbər verir ki, “İrana uçuşlar adi qaydada həyata keçirilir”, – deyə Trend-ə aeroportdan bildiriblər.

Qeyd edək ki, bundan əvvəl bir sıra İran KİV-ləri guya Azərbaycandan İrana bütün uçuşların təxirə salınması ilə bağlı məlumatlar yayıb.