Azərbaycandan nar ixracı 4,1 dəfə artdı

Birinci rübdə Azərbaycandan 5831,5 ton nar ixrac olunub.

Yenicag.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan nar ixracı 4,1 dəfə artıb.

Yanvar-mart aylarında ixrac olunan nar meyvəsinin ümumi dəyəri 7,59 milyon ABŞ dolları təşkil edib.

Birinci rübdə nar ixracından gələn gəlir valyuta dəyərində 3,5 dəfə artıb.