!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan QARDAŞ DƏSTƏYİ: “Türkiyəyə qarşı sərgilənən ikili standart NATO-nun özünə ziyandır” - Politoloq

!Reklam – Yazi

“Azərbaycanın bu məsələdə qardaş ölkəni birmənalı müdafiə etməsi yaranmış vəziyyətdə Türkiyənin tamamilə haqlı olması ilə bağlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev vasitəsilə ABŞ-ın S-400 raket komplekslərinə görə Türkiyəyə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, Türkiyə Azərbaycanın haqq işində ona dəstək olduğu kimi, Azərbaycan da ədalətli mövqedə olan Türkiyəni dəstəkləyir:

“Azərbaycan Türkiyəni hər zaman olduğu kimi, dəstəkləyir. İndiki şəraitdə Azərbaycan Türkiyəni sadəcə, qardaş ölkə olduğu üçün yox, həm də haqlı tərəf olduğu üçün, ədalətli mövqedə dayandığı üçün müdafiə edir.

Tətbiq edilən sanksiyaların heç bir əsası yoxdur. Türkiyə özünün hava hücumundan müdafiə sistemlərini qurmaq üçün ilk növbədə NATO-ya, ABŞ-a müraciət etmişdi. Lakin onlar Türkiyəyə həmin sistemləri verməkdən imtina etdilər.

Belə olduğu təqdirdə həssas bölgədə yerləşən və ciddi çağırışlarla üz-üzə qalan Türkiyə hava hücumundan müdafiə sistemlərini qurmalıydı və nəticədə Rusiya ilə bu məsələdə anlaşdı.

Türkiyə NATO üzvləri arasında alyansa daxil olmayan başqa ölkədən bu sistemləri alan ilk ölkə deyil. Yunanıstan da Rusiyadan zenit-raket kompleksləri alıb. Ancaq bu günə qədər Yunanıstana ABŞ və NATO tərəfindən hər hansı bir irad bildirilməyib. Ona görə də bu, Türkiyəyə qarşı qərəzli mövqedir.

Türkiyə kimi regionda böyük əhəmiyyə6ti olan, xüsusilə də NATO üçün strateji əhəmiyyət kəsb edən bir ölkəyə qarşı sərgilənən ikili standart, şübhəsiz ki, son nəticədə NATO-nun özünə ziyandır.

Yenə deyirəm, Azərbaycanın bu məsələdə qardaş ölkəni birmənalı müdafiə etməsi yaranmış vəziyyətdə Türkiyənin tamamilə haqlı olması ilə bağlıdır”.

Aqil Bəkir

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv