Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandan savaş taktikası nümunəsi: Britaniya "Bayraktar TB2" PUA-larını almağa hazırlaşır

Britaniyanın Müdafiə Nazirliyi Türkiyədən “Bayraktar TB2” PUA-larını almağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, Britaniyanın “BAE Systems” korporasiyası ölkənin silahlı qüvvələrinə hər biri 21,2 milyon funt-sterlinqdən 16 “Protector RG MK1” zərbə PUA-ları satıb.

Britaniyalı hərbçilər isə “Protector”la kifayətlənməyərək “Bayraktar”lar da almaq istəyirlər.

Yaxın vaxtlarda Britaniya Müdafiə Nazirliyinin yetkililəri Azərbaycana gələrək “Bayraktar TB2” PUA-larının döyüş şəraitində istifadəsinin metodologiyasını öyrənməyə çalışacaqlar.

Onlar Azərbaycan Ordusunun PUA-lardan istifadə taktikasını çox uğurlu və müasir müharibə invariasiyası hesab edirlər.

www.yenicag.az

238