Azərbaycandan Serbiya ilə bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

“Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz tərəfdaşlığımızı müəyyən edən köklü dostluğu və qarşılıqlı hörməti qeyd edirik”, – paylaşımda qeyd olunub.