!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Türkiyəyə də gedənlərin sayı azaldı

!Reklam – Yazi

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

Yenicag.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artmış, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil etmişdir.

Xəbər verdiyimiz kimi, övlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,2 dəfə, Belarusdan – 2,7 dəfə, Özbəkistandan – 2,6 dəfə, Qazaxıstandan – 2,0 dəfə, Rusiya Federasiyasından – 2,0 dəfə, Böyük Britaniyadan – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,6 dəfə, Küveytdən – 43,8 faiz, Pakistandan – 43,0 faiz, Gürcüstandan – 41,7 faiz, Türkiyədən – 22,5 faiz, Omandan – 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 14,7 faiz artıb./fed.az/

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv