2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 6 milyon 333 min dollar dəyərində 110 233 ton sement ixrac olunub.
Yenicag.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 626 min dollar və ya 35% , miqdar ifadəsilə 19 960 ton və ya 22% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 4 milyon 709 min dollar dəyərində 90 273 ton sement ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 ton sementin xaricə satışı üzrə orta qiymət 57 dollar və ya 98 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 52 dollar və ya 89 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan sementin orta satış qiyməti 10% bahalaşıb.