Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanı Avropa bazarına çıxaran TANAP: “Bu bazarda möhkəmlənmək və ...” – Sabit Bağırov

“Ölkəmiz üçün ən əlverişli bazar yalnız Gürcüstan, Türkiyə və Qərb istiqamətində mövcuddur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan qazının Avropaya nəqlinin Azərbaycana qazandırdığı üstünlükləri şərh edən Dövlət Neft Şirkətinin (ARDNŞ) sabiq prezidenti Sabit Bağırov deyib.

Sabit Bağırovun fikrincə, Azərbaycan qazının Avropaya nəql edilməsi müsbət haldır və bu, ölkəmizin iqtisadi inkişafına yeni təkan verəcək:

“Azərbaycanın qaz bazarına böyük ehtiyacı var. Bu bazar isə yalnız Gürcüstan, Türkiyə və Qərb istiqamətində mövcuddur.

Şimal, Cənub və Şərqdə Azərbaycan qazını satmaq üçün əlverişli bazar yoxdur. Bu baxımdan, Azərbaycan qazının Avropa bazarında yer tapması təqdirəlayiqdir.

Bu layihə əsasında Azərbaycan Avropa bazarının 2%-ni qazla təmin edə biləcək. Eyni zamanda, Azərbaycanbu layihədə mühüm rol oynayan Türkiyənin qazla təminatında iştirakını da əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev TANAP-ın II hissəsinin açılış mərasimində Azərbaycanın Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmində olduğunu bildirib.

Gülşən Şərif

www.yenicag.az

642
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100