Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başladı – FOTOLAR

Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları – TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər.

Yenicag.az xəbər verir ki, əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.