Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) Yenicag.az-a verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.
AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 – 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.