Azərbaycanı “Eurovision”da bu qız təmsil edəcək – FOTOLAR

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

Bu barədə Yenicag.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.