!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı FETO-ya satan iki nazir – Video

!Reklam – Yazi

2

Türkiyənin “Ülke” kanalında yayımlanan “Odak Noktası” verilişində azərbaycanın araşdırmaçı-jurnalisti Aqil Ələsgər qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Verilişdə FETO ilə bağlı sualları cavablandıran jurnalist bildirib ki, Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən FETO-çular Azərbaycan təhsil sistemini zəbt edib. Aqil Ələsgər açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov və indiki təhsil naziri Mikayıl Cabbarovun adlarını da çəkib.

Aqil Ələsgər, “İndiki və bundan əvvəlki təhsil nazirlərinin vasitəsi ilə sovet dövründən olan çox düzgün və bacarıqlı şagirdlər, Heydər Əliyevlər, Əbülfəz Elçibəylər yetişdirən təhsil sistemini çökdürdülər, sadəcə FETO-çuların təhsil sistemini inkişaf etdirərək dövləti bu şəkildə onlardan asılı vəziyyətə gətirdilər. Bu mövzuda hər iki təhsil nazirimiz – bundan əvvəlki Misir Mərdanov və indiki təhsil nazirimiz məsuliyyət daşıyır. FETO-çuların səssiz işğalı Azərbaycan təhsil sistemindən başlayıb” deyə qeyd edib.

“A24.az” Aqil Ələsgərlinin qalmaqal yaradan videoçıxışını təqdim edir:

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv