“Ölkəmizi Naxçıvana bağlayan və Ermənistan ərazisindən keçən dəmiryol xəttinin Azərbaycanın balansında olub”.
Bu sözləri Azərbaycanı Naxçıvana birləşdirən dəmiryol xəttinin əhəmiyyəti barədə danışan dəmiryol sahəsi üzrə ekspert Nadir Əzməmmədov Yenicag.az-a açıqlamasında deyib.
Nadir Əzməmmədov bildirib ki, Azərbaycanı Naxçıvana birləşdirən dəmiryol ölkəmizin tabeçiliyində olub:
“Ermənistan ərazisindən keçən 43,4 kilometrlik yol Azərbaycanın balansında olub. Onun işçilərinin də pulunu Azərbaycan ödəyib, təmir-abadlıq işlərini də Azərbaycan edib. Orada iki dəfə 1983-89-cu illərdə əsaslı təmir işləri gedib. Qazax istiqamətindən də “Barxudar” stansiyası var. O yol Mincivana kimi gedirdi. Oradakı yol da Azərbaycanın balansında olub. Bundan əlavə, Naxçıvandan Qafana gedən dəmiryol da olub. O yol da Azərbaycanın balansında idi. Ermənistan ərazisində 6 stansiya var idi. O stansiyalar və yolların hamısı Azərbaycanın balansında olub.
Erməni tərəfi həmin yolları, orada olan stansiyaların hamısını söküb və satıb. Azərbaycan tərəfinə bu yollara görə milyonlarla dollar dəyərində zərər dəyib”.
Səxavət Məmməd