Azərbaycanı Rusiyadakı beynəlxalq yarışda təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Rusiyadakı beynəlxalq yarışda təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının bədii gimnastika üzrə yarışında təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizi məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcək. Hakim kimi isə Səbinə Hacıyeva iş başında olacaq.

Qeyd edək ki, “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları iyunun 26-da başlayıb, iyulun 6-da yekunlaşacaq.

COP29