!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı təhdid edən İKİNCİ DALĞA: “Vətəndaşlar məsuliyyətli davranarlarsa...” – Partiya sədri

!Reklam – Yazi

“Əgər qəbul olunan qərarlara düzgün əməl olunarsa, Azərbaycanda yenidən sərt karantin rejiminə keçid baş verməyə bilər”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın aylarda koronavirus pandemiyasının ikinci dalğası haqda dünya ölkələrinə xəbərdarlıq edib. Hətta bir çox ölkələrdə artıq pandemiyanın ikinci dalğasının başlaması fonunda tədricən yumşaldılan karantin rejiminin yenidən sərtləşdirilməsi istiqamətində addımlar atılır.

Azərbaycanda son həftələrdə infeksiyanın lokallaşdırılması ilə bağlı müsbət dinamika qeydə alınsa da, İran, Gürcüstan və Rusiya kimi qonuş dövlətlərdə yoluxma statistikasının kəskin artması, hətta rekord səviyyəyə çatması ölkəmizə yönəlik müəyyən risklər yaradır. Qonşu ölkələrdə, o cümlədən, bir çox başqa dövlətlərdə pandemiyanın yenidən vüsət alması ikinci dalğanın Azərbaycana sıçraması təhlükəsini xeyli artırıb.

Bu məsələni Yenicag.az-a dəyərləndirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, vətəndaşlar karantin qaydalarına düzgün riayət etmədiyi halda ikinci, hətta üçüncü dalğanın yaranacağı gözləniləndir:

“Əslində, pandemiya dönəmi ölkənin iqtisadiyyatı və ümumilikdə vətəndaşların həyatına çox ciddi şəkildə mənfi təsir etməkdədir. Lakin bu dövr ərzində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi şəkildə əməl edib.

Pandemiya ilə əlaqədar yaradılan Operativ Qərargah bir sıra məsələlərlə bağlı düzgün qərarlar qəbul edərək virusun sürətlə yayılmasının qarşısını alıb. Ötən aylarda karantin rejiminin yumşaldılmasından sonra tövsiyələrə düzgün əməl edilməməsi nəticəsində qaydalar yenidən sərtləşdirildi.

Azərbaycanda məhdudiyyətlərin demək olar, aradan qaldırıldığı bir şəraitdə ikinci dalğanın yaranıb-yaranmaması vətəndaşların nə dərəcədə məsuliyyətli davranmalarından asılı olacaq.

Hər kəs dərk etməlidir ki, dünya hələ virusa qalib gəlməyib. Ona görə də vətəndaşlarımız tövsiyələrə ciddi surətdə əməl etməli və virusa yoluxma ehtimalının azalmadığını unutmamalıdırlar”.

Gülşən Şərif

www.yenicag.az

1724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv