!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran Lider

!Reklam – Yazi

????????????????????????????????????

Ümummilli liderimiz Heyər Əliyevin vəfatının 12-ci il dönümü ilə əlaqədar hər il olduğu kimi Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Anım mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Ulu öndərimizin əbədiyyətə qovuşmasından 12 il ötür. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar Fəxri xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında Ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması – Heydər Əliyevdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi, müdrikliyi əməli fəaliyyəti ilə təsdiqlənən dahilərdən biri və birincisidir. Öndərlərə xas qətiyyətini, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu ölkəyə rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin parlaq ifadəsidir.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş və bununla da tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Müasir Azərbaycan tarixinin 34 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Natiq qeyd etmişdir ki, öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!

Bu gün tam cəsarətlə deyə bilərik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.
Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.
Bəli, Prezident İlham Əliyev xalqa arxalanmaqla ucalmağı bacaran Liderdir. Hər bir azərbaycanlının Prezidenti həm də hər bir azərbaycanlının dostu, cəfakeşi, güvənci, qürur mənbəyidir. Buz bununla qurur duyuruq. Bu gün hər birimiz bir də onunla qürur duyuruq ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar xidmətləri həm Heydər Əliyevin ölməz ideyalarını davam etdirir, həm də Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstək və töhfə verən mükəmməl missiyaya çevrilir. İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasını təmin edən amillərdən biri də onun xeyirxahlıq, himayədarlıq siyasətində əsas yardımçısı olan Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir. Birinci şəxs-birinci xanım tandemi Azərbaycanda mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inam və etimad ünvanını təşkil edir. Və bu tandemdən güc alan Azərbaycan bu gün dünyaya güclü olmağın, insana dəyər verməyin, insanlığın, humanizmin nəzəriyyəsini təqdim edir. Bu bir daha onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu ödərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu yol Azərbaycanın müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.

Ümummili liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri respublikamızın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə geniş bədii hissə davam etmişdir.

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv