Azərbaycan Silahlı Qüvvələrinin 23 minaaxtaranı Türkiyədə xüsusi təlim keçib.
Yenicag.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Mina Axtarışı və Təmizlənməsi (ÖMAT) kursu yanvarın 3-dən 29-dak İzmir şəhərində baş tutub.
Azərbaycanın hərbi istehkamçıları təlimi uğurla başa vuraraq Vətənə yola salınıb.
Qeyd edək ki, Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad edilmiş ərazilərdə birgə mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərini həyata keçirirlər. Eyni zamanda türkiyəli istehkamçılar azərbaycanlı həmkarlarına təlim də keçir.