Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində – “EUROSATORY-2018”də nümayiş etdiriləcək.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq.
Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.
“EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.
Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.