Azərbaycanın 3 cüdoçusu DÇ-də mübarizəyə başlayır

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı start götürəcək.

Yenicag.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kiloqram), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kiloqram) qüvvəsini sınayacaqlar.

İlk görüşlərdə B. Ağayev Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) cütünün qalibi ilə, T. Bayramov Ariunbold Enxtayvan (Monqolustan) ilə, L.Əliyeva isə Kristina Dudina (Fərdi Neytral İdmançılar – AIN) ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 23-dək davam edəcək dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan millisi turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.