Azərbaycanın 4 idmançısı Batumidə keçirilən turnirin qalibi oldu

Acarıstan Muxtar Respublikasının Batumi şəhərində “Grand Bellagio Championship” Kik-boks və MMA üzrə beynəlxalq turnir keçirilib.

Yenicag.az xəbər verir ki, Acarıstanda ilk dəfə keçirilən turnirdə doqquz döyüşdən dördü kikboksinq, beşi isə MMA qaydaları əsasında aparılıb.

Yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Braziliya, Mərakeş, Rumıniya, Bəhreyn və Türkiyədən olan idmançılar da mübarizə aparıblar.

Turnirdə dünyaca məşhur azərbaycanlı kik-boksçu Zabit Səmədov, Ruslan Nağıyev və David Allahverdiyev rəqiblərinə nokautla qalib gəliblər.

Tədbirə həmçinin dünyanın məşhur idmançıları – amerikalı qaydasız döyüşçü, Hollivud filmlərinin aktyoru Bob Sepp və qol güləşi üzrə dünya çempionu Levan Saqinaşvili də iştirak ediblər.

Tədbirin təşkilatçısı azərbaycanlı idmançı, kik-boks üzrə 7 qat dünya, 3 qat Avropa çempionu, “Grand Bellagio Championship”nun prezidenti Alim Nəbiyevdir./Azertag/

COP29