!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 6 rayonunda 5 gün qaz olmayacaq

!Reklam – Yazi

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı 5 gün müddətində dayandırılacaq.

Yenicag.az xəbər verir ki, respublikanın qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 millimetrlik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 kilometrləri arası hissəsinə birləşdirilməsi zərurəti ilə əlaqədar sentyabrın 11-15-də (5 gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq. Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.yenicag.az

2373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv