Azərbaycanın ABŞ-dəki səfirliyinin xidməti avtomobili atəşə tutuldu – VİDEO

Azərbaycanın Vaşinqtondakı səfirliyinin atəşə tutulan xidməti avtomobilinin görüntüləri yayılıb.

Yenicag.az Apa-ya istinadən atəşə tutulan avtomobilin görüntülərini təqdim edir:

Qeyd edək ki, bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.