“Ermənistanla gərginlik fonunda Azərbaycan xaricdən pilotsuz təyyarələr və hərbi texnika alır”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri, səfir Tiqran Balayan deyib.
Onun sözlərinə görə, alınan avadanlıqlar İsrail və Türkiyədən gətirilir: “Ermənistan hərbi reyslərlə, o cümlədən İsrail və Türkiyədən gələn sursatların alınmasını izləyib. Bu daşınmalara dronların daxil olduğu güman edilir. Azərbaycanın hərbi texnikasının 60 və ya 70 faizi İsraildən, sonra isə Türkiyədən gəlir”
Bir sıra əsassız ittihamlarla yanaşı səfir həmçinin bildirib ki, bu yaxınlarda Azərbaycana bəzi artilleriya texnikası satışı ilə bağlı razılaşma elan edən Serbiyadan da hərbi uçuşların sayı artıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hər bir ölkə özünü qorumaq üçün silah-sursat almaqda azaddır.