Azərbaycanın “Avroviziya 2023″dəki mahnı və klipi bu gün nümayiş olunacaq

Azərbaycanın “Avroviziya 2023” Beynəlxalq Mahnı Yarışmasındakı mahnısı və klipi bu gün saat 19:00-da nümayiş olunacaq.

Bunu Yenicag.az-ın sorğusuna cavab olaraq, İctimai Televiziyadan bildiriblər.

Qeyd olunub ki, mahnının adı “Tell me more”dir.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.