Azərbaycanın axtarış-xilasetmə qrupu Qəhrəmanmaraşda əməliyyatlara cəlb edildi

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Yenicag.az xəbər verir ki, səhər saatlarında Qəhrəmanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.