Azərbaycanın azalan BUĞDA İDXALI: “Mövcud ehtiyatlardan istifadə olunmaması…” – VİDEO

“2018-2019-ci illərdə dünya bazarında qiymətlər baha olduğu üçün sahibkarların buğda ehtiyatı az idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın idxal etdiyi buğdanın həcminin 19,2 faiz azalmasına münasibət bildirən Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Firdovsi Fikrətzadə vurğulayıb ki, bu il idxal olunan buğdanın həcminin azalması sahibkarların topladığı buğda ehtiyatının tükənməməsi ilə bağlıdır:

“Ötən ilin dünya bazar qiymətləri əlverişli olduğuna görə sahibkarlar lazım olan ehtiyatın əsas hissəsini həmin ildə formalaşdırmışdılar. Bu mövsümdə hələ ki həmin ehtiyatlardan istifadə olunur. Bu baxımdan, ölkənin idxal etdiyi buğdanın həcmində azalma qeydə alınıb.

2018-2019-ci illərdə dünya bazarında qiymətlər baha olduğu üçün sahibkarların buğda ehtiyatı az idi. Ümumiyyətlə, Azərbaycan özünün buğda tələbatının 60 faizini daxili istehsal, 40 faizini idxal hesabına təmin edir. Lakin ərzaqlıq buğdada idxalın həcmi daha böyükdür. Yəni buğda idxaldan ən çox asılı olduğumuz məhsuldur”.

Gülşən Şərif