Azərbaycanın bank sektorunun xalis mənfəəti artdı

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 589,4 milyon manat xalis mənfəət əldə edib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 % çoxdur.

Hesabat dövründə bankların vergiyəqədərki mənfəəti 725,2 milyon manart (1 il əvvələ nisbətən 35% çox), mənfəət vergisi ödəmələri isə 135,8 milyon manat (65,8% çox) təşkil edib.