Azərbaycanın basketbol millisi bu gün Ermənistanla qarşılaşacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.