Azərbaycanın basketbol millisi Moldovaya qalib gəldi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, C divizionunda yer alan və yarımfinala vəsiqəni ötən tur təmin edən yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 75:66 hesabı qələbəsi ilə başa çatıb.

Milli komandanın yarımfinaldakı rəqibi daha sonra bəlli olacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.