Azərbaycanın basketbol millisi yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olub. Görüş komandamızın 13:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da yığma yarımfinala yüksəlib. Qrupun digər oyununda Niderland yığması Çiliyə 16:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək.

Qeyd edək ki, milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib.

COP29