Azərbaycanın bədii gimnastı İspaniyadakı turnirə yollandı

Bədii gimnastika üzrə Azərbaycan millisi İspaniyanın Marbella şəhərində keçiriləcək “Grand Prix Marbella” turnirində təmsil olunacaq.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, Alina Gözəlova beynəlxalq yarışda mübarizə aparacaq.

17 yaşlı idmançı bu gün İspaniyaya yollanıb.

Qeyd edək ki, martın 10-da start veriləcək “Grand Prix Marbella” üç gün davam edəcək.