Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutulub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş Gülnarə Nadir qızı Cabbarova Rusiyada saxlanılıb.

Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görülür.